Yaponiya hökuməti 13 Yaponiya vətəndaşına qarşı sanksiyalarla bağlı Rusiyaya etiraz edib.
TASS xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Yosimasa Hayaşi bildirib.
“Biz onları (Rusiya tədbirlərini) tamamilə qəbuledilməz hesab edirik”, – Hayaşi vurğulayıb.
Bundan əvvəl Rusiya 13 Yaponiya vətəndaşının ölkəyə girişini qeyri-müəyyən müddətə qadağan etmək qərarına gəlib.
Mənbə TASS