image-n1karobka_ads
image-123
image-1545279backend

Toy kortejində qəza: İki azərbaycanlı öldü

image-add-a-heading

Gürcüstanın Marneuli bələdiyyəsinin Baydar kəndində ağır yol qəzası baş verib.

Report.az xəbər verir ki, BMV markalı minik avtomobili idarəetmədən çıxaraq ağaca çırpılıb.

Qəza nəticəsində soydaşlarımız, 23 yaşlı Ümid Adıgözəlov və Üfüq Bədəlov hadisə yerində həyatını itirib.

Məlumata əsasən, daha iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib, onlara həkimlər tərəfindən tibbi yardım göstərilir.

Qəzaya düşən şəxslərin Sadaxlı kənd sakinləri olduğu bildirilir. Hadisənin toy kortejinin hərəkəti zamanı baş verdiyi qeyd olunur.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki