image-n1karobka_ads
image-123
image-68c0ab5c02e8bd18325dea97backend

Tramp: ABŞ və Hindistan ticarət maneələrini aradan qaldırmaq üçün danışıqları davam etdirir

image-ad_qayo_720x110px

ABŞ prezidenti Donald Tramp bildirib ki, Vaşinqton və Yeni Dehli ticarət maneələrinin aradan qaldırılması üçün danışıqları davam etdirir.

Doğru.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” hesabında paylaşım edib.

Onun sözlərinə görə, yaxın həftələrdə Hindistanın baş naziri Narendra Modi ilə telefon danışığının baş tutması gözlənilir:
“Əminəm ki, böyük ölkələrimiz uğurlu nəticə əldə etməkdə çətinlik çəkməyəcəklər”, – Tramp qeyd edib.

Xatırladaq ki, daha əvvəl “The New York Times” Hindistanın ABŞ-la münasibətlərdə tariflər və neft məsələsində fikir ayrılıqlarına görə etibarlılığa şübhə ilə yanaşdığını yazmışdı.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki