ABŞ prezidenti Donald Tramp Avropa İttifaqı üçün gömrük rüsumlarının 15%-dən az olmayacağını bildirib. O, bu fikrini Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenlə görüş zamanı jurnalistlərin suallarını cavablandırarkən səsləndirib.
Doğru.az xəbər verir ki, RİA Novosti Trampın sözlərini belə sitat gətirib: “Yaxşı, aşağı deməkdir? Xeyr.”
Qeyd edək ki, görüşdən əvvəl “Financial Times” nəşri ABŞ və Aİ arasında tariflərlə bağlı danışıqların aparıldığını yazmışdı.
DOĞRU.AZ