ABŞ prezidenti Donald Tramp son həftələrdə Hindistanın baş naziri Narendra Modiyə dörd dəfə zəng etsə də, cavab ala bilməyib.
Doğru.az xəbər verir ki, Alman nəşri Die Frankfurter Allgemeine Zeitung yazır ki, Modi danışmaqdan imtina edib.
Jurnalistlər hesab edirlər ki, Modinin ünsiyyət qurmaq istəməməsi ABŞ-ın Hindistandan gələn mallara tətbiq etdiyi tariflərlə bağlıdır. Hindistanın Rusiyadakı səfiri Vinay Kumar RT-də Rik Sançesin şousunda çıxış edərək, ABŞ-ın Hindistandan gələn mallara rüsumları 50%-ə qaldırmaq qərarını ədalətsiz, vicdansız və əsassız adlandırıb.
DOĞRU.AZ