ABŞ prezidenti Donald Tramp Los-Ancelesdəki etirazları yatırtdıqları üçün ABŞ Milli Qvardiyasına təşəkkür edib.
Bu barədə o, Truth Social sosial şəbəkəsindəki səhifəsində yazıb.
“İki günlük zorakılıq, toqquşmalar və iğtişaşlardan sonra Los-Ancelesdə Milli Qvardiyanın böyük işi… Yaxşı görülən iş üçün Milli Qvardiyaya bir daha təşəkkürlər!” Tramp bildirib.
Eyni zamanda, Amerika lideri ABŞ-da keçirilən etiraz aksiyalarında maskalara qadağa tətbiq olunduğunu açıqlayıb.
Daha əvvəl bildirilmişdi ki, Los Ancelesdən sonra Nyu Yorkda qeyri-qanuni mühacirlərin axtarışına qarşı etirazlar başlayıb.
DOĞRU.AZ