“Reuters”in yaydığı məlumata görə, ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə Alyaskada keçirdiyi görüşdən sonra Ukrayna prezidenti Vladimir Zelenski ilə uzunmüddətli telefon danışığı aparıb.
Doğru.az xəbər verir ki, Tramp hazırda NATO liderləri ilə də danışıqlar aparır.
Daha əvvəl Tramp Fox News-a müsahibəsində bildirmişdi ki, Ukrayna münaqişəsinin həlli ilə bağlı sazişin bağlanması indi Zelenskidən asılıdır.
Putin isə Alyaskada Trampla danışıqlardan sonra Ukraynadakı münaqişəyə son qoymağın mümkünlüyünü bəyan edib.
“Bloomberg” qeyd edir ki, Alyaskada keçirilən sammit Tramp və Putin arasında baş tutan ən uzun görüş olub.
DOĞRU.AZ