image-n1karobka_ads
image-123
image-screenshot_20250810_101937_gallerybackend

Tramp Putin və Zelenski ilə üçtərəfli sammitə hazırdır

image-ad_qayo_720x110px

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Vladimir Zelenski ilə üçtərəfli sammit keçirməyə hazırdır.

Doğru.az xəbər verir ki, bu barədə “Reuters” Ağ Evin rəsmi nümayəndəsinə istinadən məlumat yayıb.

Bununla belə, agentlik qeyd edib ki, Ağ Ev hazırda yalnız Putinlə ikitərəfli görüş planlaşdırır. NBC isə daha əvvəl Zelenskini Alyaskaya dəvət etmə ehtimalının nəzərdən keçirildiyini iddia edib.

Eyni zamanda “The Washington Post” yazıb ki, Zelenski Alyaskada baş tutacaq Tramp–Putin görüşünə dəvət olunmayıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki