ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə son telefon danışığını yüksək qiymətləndirib.
O, özünün Truth Social sosial şəbəkəsində yazıb : “Rusiya prezidenti Vladimir Putinlə iki saatlıq söhbəti indicə bitirdim: “Məncə, çox yaxşı keçdi”.
Mayın 19-da Putinlə Tramp arasında telefon danışığı iki saatdan çox davam edib.
Rusiya prezidenti Amerika lideri ilə söhbəti mənalı, səmimi və çox faydalı adlandırıb. Putin Trampa Ukrayna ilə birbaşa danışıqların bərpasında iştirakına görə təşəkkür edib.
DOĞRU.AZ