image-n1karobka_ads
image-123
image-68ae245102e8bd09c0003ffabackend

Tramp: Ukrayna özündən “15 dəfə böyük” dövləti məğlub edə bilməz

image-ad_qayo_720x110px

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Ukraynanın Rusiyaya qalib gəlmək istəyini tənqid edib.

Doğru.az xəbər verir ki, Tramp çıxışı zamanı “Ukrayna qalib gələcəyini düşünürdü. Sən səndən 15 dəfə böyük olanı məğlub edəcəksən?” – deyə bildirib.

O həmçinin vurğulayıb ki, ABŞ-ın keçmiş lideri Co Bayden vəziyyətin bu ssenari üzrə inkişafına imkan verməməli, gərginliyin qarşısını almağa çalışmalı idi.

Tramp əlavə edib ki, artıq ABŞ Ukraynanı maliyyələşdirmir və bu funksiyanı NATO yerinə yetirir. Onun sözlərinə görə, Vladimir Zelenskinin legitimliyi məsələsi münaqişənin həlli üçün vacib deyil.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki