image-ads_n1karobka_mobile
image-6964459902e8bd68162c5e9fbackend

Tramp: Ukraynada sülh prosesində irəliləyiş var

image-add-a-heading

ABŞ prezidenti Donald Tramp Florida ştatının Vest Palm Biç şəhərindən Vaşinqtona uçan təyyarəsində jurnalistlərə açıqlama verib.

Doğru.az xəbər verir ki, Tramp Ukraynadakı sülh prosesində irəliləyiş olduğunu bildirib. Onun sözlərinə görə, əsas məqsədi münaqişəni dayandırmaqdır:

“Mənim edə biləcəyim tək şey bu münaqişəni dayandırmaqdır və inanıram ki, biz bu sahədə irəliləyiş əldə edirik”, – deyə Tramp vurğulayıb.

ABŞ prezidenti bir neçə gün əvvəl də Ukrayna münaqişəsinin həllinə əminliyini ifadə etmişdi.

Tramp eyni zamanda qeyd edib ki, nadir torpaq elementləri ilə bağlı mümkün müqavilə çərçivəsində ABŞ Kiyevə yardım üçün xərclədiyi vəsaitləri geri qaytaracaq.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki