image-n1karobka_ads
image-123
image-68f79fabae5ac9552a35b795backend

Tramp Zelenskiyə ərazi güzəştlərinə getməyi tövsiyə edib

image-ad_qayo_720x110px

ABŞ prezidenti Donald Tramp Vladimir Zelenski ilə görüşü zamanı ona sülh naminə ərazi güzəştlərinə getməyi tövsiyə edib.

Doğru.az xəbər verir ki, bu barədə “The New York Times” mənbələrə istinadən məlumat yayıb. Məqalədə bildirilir ki, Tramp Zelenskinin əraziləri təhvil verməsində təkid edib.

Görüşdən sonra Tramp Zelenskinin ərazi güzəştləri etmək niyyətində olmadığı faktını qəbul edib. “The Wall Street Journal”ın məlumatına görə, ABŞ lideri Zelenskiyə Kiyevin Donbasa nəzarəti bərpa etməsindən daha çox, münaqişəni tez həll etməyin vacib olduğunu bildirib.

Bundan əvvəl Tramp etiraf etmişdi ki, Ukraynada münaqişənin sona çatması nəticəsində Kiyev rejimi ərazi itkisindən yayına bilməyəcək.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki