Suriyanın şimalında “Zeytun budağı” və “Sülh çeşməsi” əməliyyat bölgələrinə hücuma cəhd edən 13 PKK/YPG terrorçusu zərərsizləşdirilib.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) məlumat yayıb.
“Qəhrəman mehmetçik Suriyanın şimalında terrorçulara qarşı mübarizəni effektiv və qətiyyətlə davam etdirir. “Zeytun budağı” və “Sülh çeşməsi” bölgələrinə təcavüz atəşi açaraq hücuma cəhd edən 13 PKK/YPG terrorçusu məhv edilib. Onlar uğurlu əməliyyatla təsirsiz hala gətirildi” – bəyanatda deyilir.

























