image-2000x150px
image-123
image-ads_atlas
image-msb-tsk-f-16-1200x800-1backend

Türkiyə ordusu 25 PKK yaraqlısını məhv etdi

image-728x90px

Türkiyə ordusunun əməliyyatları zamanı İraqın şimalında və Suriyada PKK-nın azı 25 silahlısı öldürülüb.

Bu barədə Türkiyənin Müdafiə naziri Yaşar Gülər ​​Müdafiə Nazirliyinin Əməliyyat Qərargahında məlumat verib.

“Dünən axşam saatlarında 13 terrorçu məhv edilib, bu gün – 12. İlin əvvəlindən məhv edilən terrorçuların ümumi sayı 2156-ya çatıb”, – nazirliyin “X” (keçmiş “Twitter”) səhifəsində məlumat verilib.

Onun sözlərinə görə, İraqın şimalında türk hərbçilərinə qarşı hücumlara cavab olaraq həyata keçirilən əməliyyatlar nəticəsində yaraqlıların cəmləşdiyi ərazilərə və onların infrastrukturuna kütləvi zərbələr endirilib.

Xatırladaq ki, son iki gündə Şimali İraq və Suriyada 12 Türkiyə hərbçisi şəhid olub, ikisi yaralanıb.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki