Türkiyə ordusu Suriyanın şimalında “Barış pınarı” əməliyyatı zonasında YPG-nin (PKK-nın Suriya qanadı) 6 terrorçusunu zərərsizləşdirib.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında terror təzahürlərinə qarşı mübarizəni davam etdirəcəyini vurğulayıb.

























