image-2000x150px
image-123
image-ads_atlas
image-1664741212-6337_-1backend

Türkiyə Ukrayna donanması üçün ilk korveti SUYA BURAXDI – FOTO

image-728x90px

Türkiyə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələri üçün Ada tipli ilk korveti suya buraxıb.

Bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

“Oktyabrın 2-də İstanbulda, İstanbul Dəniz Gəmi Təmiri Zavodunun hərbi gəmiqayırma zavodunda Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin sifarişi ilə inşa edilən ilk Ada MİLGEM korvetinin suya buraxılması mərasimi keçirilib”, – hesabatda deyilir.

Qeyd olunur ki, “Hetman İvan Mazepa” adlı hərbi gəminin suya buraxılması mərasimində Ukrayna Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Oleksiy Neyjpapa iştirak edib.

O bildirib ki, gəminin suya buraxılması mühüm hadisədir və bu, müstəqillik və ərazi bütövlüyü uğrunda gedən müharibə şəraitində Türkiyə Respublikasının Ukraynanın dostu olduğunu göstərir.

Xatırladaq ki, 2021-ci ilin sentyabrında Türkiyədə Ukrayna Hərbi Dəniz Qüvvələri üçün korvet sinifli gəminin inşası başlayıb.

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki