image-n1karobka_ads
image-123
image-6890456902e8bd29e6057cefbackend

Türkiyə Ukrayna ilə bağlı danışıqların davam edəcəyinə ümid edir

image-ad_qayo_720x110px

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın administrasiyası Ukraynadakı münaqişənin həlli üzrə danışıqların intensivliyini pozmaq cəhdlərinə baxmayaraq, bu dialoqun davam etdiriləcəyinə ümid edir.

Doğru.az xəbər verir ki, bu barədə RİA Novosti Türkiyə administrasiyasının nümayəndəsinə istinadla məlumat yayıb. Bildirilib ki, Ankara münaqişə ilə bağlı dialoqun mütəmadi əsasda davam etməsini vacib hesab edir.

“Əlbəttə, biz danışıqların intensiv olmasını gözləyirik. Türkiyə tərəfi daim dialoqu davam etdirməyə çağırır”, – deyə nümayəndə bildirib.

O əlavə edib ki, bu danışıqları pozmaq cəhdləri həmişə olacaq, lakin Ankara sülh danışıqlarını dəstəkləməyə davam edəcək.

Bundan əlavə, Türkiyə rəhbərliyi Rusiya Prezidenti Vladimir Putin, ABŞ-ın keçmiş Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Vladimir Zelenski arasında Türkiyədə baş tuta biləcək sürətli görüşü istisna etmir. Lakin hələlik bu görüşlə bağlı konkret tarix açıqlanmayıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki