image-2000x150px
image-123
image-ads_atlas
image-651085d417381651085d4173821695581652651085d41737f651085d417380backend

Türkmənistan prezidenti ikinci kitabını yazıb

image-728x90px

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov “Anau – minilliklərə gedib çıxan mədəniyyət” adlı ikinci kitabını yazıb.

O, bu barədə ölkənin Nazirlər Kabinetinin iclasında bildirib.

Dövlət başçısının sözlərinə görə, kitab Anau şəhərinin 2024-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi münasibətilə yazılıb.

Bildirilib ki, 2023-cü ilin noyabrında TÜRKSOY Anau şəhərini türk dünyasının mədəniyyət paytaxtı elan edib. Şəhərində türkmən xalqının ən qədim, zəngin tarixə və mədəniyyətə malik olduğuna dair çoxsaylı sübutlar aşkar edilib.

Xatırladaq ki, 2023-cü ilin dekabrında Sərdar Berdiməhəmmədov “Gənclik Vətənin dayağıdır” adlı ilk kitabını təqdim edib.//Oxu.az

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki