image-2000x150px
image-123
image-ads_atlas
image-kitabbackend

Ukrayna dərsliklərindən rus müəlliflərinin əsərləri çıxarıldı

image-728x90px

Ukraynanın Təhsil və Elm Nazirliyi xarici ədəbiyyatın öyrənilməsi üzrə orta məktəb kurikulumunu yeniləyib.

Nazirliyin mətbuat xidmətinin yaydığı məlumatda xarici ölkələrin ədəbiyyatı proqramından rus və belarus müəlliflərinin əsərləri çıxarıldığı bildirilib.

“Proqramların məzmunundan rus və belarus müəlliflərinin əsərləri çıxarılıb. Əvəzində ədəbi prosesə uyğun şagirdlərin yaş xüsusiyyətləri nəzərə alınmaqla əcnəbi yazıçıların əsərləri əlavə edilib”, – deyə məlumatda qeyd edilir.

Dünya ədəbiyyatı proqramında Puşkinin, Krılovun, Çexovun, Lermontovun, Bulqakovun, Tolstoyun, Turgenevin, Nekrasovun, Dostoyevskinin, Qriboyedovun əsərləri olmayacaq.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki