image-ads_n1karobka_mobile
image-46edf87067881b5fefda1571da92fda4backend

Ukrayna limanlarından daha 2 gəminin çıxışına icazə verilib

İstanbuldakı Koordinasiya Mərkəzi Ukraynanın Çernomorsk limanından 2 gəminin avqustun 9-da çıxmasına icazə verib.

APA-nın xəbərinə görə, bu barədə BMT-nin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 2 gəmi humanitar dəhlizlə 70 000 ton ərzaq daşıyacaq. Gəmilərin biri Cənubi Koreyaya 64 000 ton qarğıdalı aparacaq. Digər gəmi isə 5 300 ton günəbaxan yağı ilə İstanbula yola düşəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki