image-ads_n1karobka_mobile
image-576f1af8-7cc9-3e8b-aefb-c16926ec456e_850backend

Ukrayna müdafiə xərclərini yenidən artırır

Ukrayna parlamenti ölkənin müdafiə xərclərini yenidən artırmağa hazırlaşır.

Bunu Ali Radanın deputatı Yaroslav Jeleznyak bildirib.

Onun sözlərinə görə, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin xərcləri üçün əlavə 2 milyard qrivna (təxminən 53,9 milyon dollar – Red) məbləğində vəsait ayrıla bilər.

Ukraynalı deputat deyib ki, yeni maliyyənin mənbəyi daxili borclanma olmalıdır. Onun fikrincə, müvafiq qanun layihəsinə parlamentin növbəti iclasında baxılacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki