image-n1karobka_ads
image-123
image-c92ba589-83ac-3e45-ae91-86b3ed5d7a06_850backend

Ukraynada COVID-19 FLiRT-nin yeni ştamından ölüm qeydə alınıb

Ukraynanın İvano-Frankovsk vilayətində bir qadın yeni FLiRT koronavirus ştamına yoluxduqdan sonra dünyasını dəyişib. Ukrayna Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Regional Mərkəzinin direktoru Ruslan Savçuk onun ölümü ilə bağlı danışıb.

Onun sözlərini İctimai Telekanal sitat gətirir.

“İvano-Frankivsk vilayətində 80 yaşlı qadın yeni COVID-19 FLiRT ştamından öldü” dedi Savçuk.

Qadının infeksiyası laboratoriyada təsdiqlənib.

Avqustun 5-də Ukrayna Səhiyyə Nazirliyinin rəis müavini, baş dövlət sanitar həkimi İqor Kuzin Ukraynada yeni növ koronavirus infeksiyasının aşkar edildiyini açıqlayıb.

Mənbə RİA Novosti

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki