image-ads_n1karobka_mobile
image-1677694241_ukrayna-havabackend

Ukraynanın hər yerində hava hücumu xəbərdarlığı elan edilib

Ukraynanın hər yerində hava təhlükəsi xəbərdarlığı rejimi tətbiq edilib. Bu barədə əhalini xəbərdar etmək üçün rəsmi resursun məlumatında deyilir.

Sentyabrın 2-nə keçən gecə ölkənin şərq və mərkəzi bölgələrində növbə ilə həyəcan siqnalı elan edilib və ləğv edilib. Saat 04:56-da artıq Ukraynanın bütün regionlarını əhatə edib.

Bundan əvvəl Ukraynanın mərkəzində Poltavada partlayış baş verdiyi bildirilirdi . Xarkovda partlayışlar barədə də məlumat var idi.

Mənbə RİA Novosti


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki