Azərbaycan Respublikası üzrə keçirilmiş “Uşaq İncəsənət Festivalı 2025”də 24 nömrəli Onbirillik Uşaq Musiqi Məktəbinin tələbələri uğurlu çıxışları ilə diqqət çəkiblər. Festivalda müxtəlif bölgələrdən gəlmiş uşaqlar öz istedadlarını nümayiş etdirib, musiqi və incəsənət sahəsindəki bacarıqlarını göstəriblər.
Doğru.az xəbər verir ki, müsabiqədə aşağıdakı nəticələr əldə olunub:
Hüseynov Hüseynəli – 1-ci yer
Məmmədov Elgün – 2-ci yer
Mahmudov Mahmud – 3-cü yer
Tələbələrin müəllimi Mircəlal Mürsəlov onları müsabiqəyə hazırlayaraq hər birinə öz töhfəsini verib. Festival iştirakçıları arasında yüksək səviyyəli çıxışlar olub və qiymətləndirmə münsiflər heyəti tərəfindən aparılıb.
Qeyd edək ki, belə müsabiqələr uşaqların istedadını üzə çıxarmaq, onların musiqi bacarıqlarını inkişaf etdirmək və gələcəkdə sənət sahəsində uğur qazanmaları üçün böyük imkanlar yaradır. 24 nömrəli Onbirillik Uşaq Musiqi Məktəbinin tələbələrinin nailiyyətləri digər məktəblər üçün də nümunə hesab olunur.
DOĞRU.AZ





























