image-n1karobka_ads
image-123
image-17543976686516759850_1200x630backend

Uşaq İncəsənət Festivalında ikinci seçim mərhələsi başladı

image-ad_qayo_720x110px

Uşaq və yeniyetmələrin yaradıcılıq potensialını dəstəkləmək və onların bacarıqlarını üzə çıxarmaq məqsədilə təşkil olunan Uşaq İncəsənət Festivalı çərçivəsində ikinci seçim mərhələsi başlayıb.

Doğru.az xəbər verir ki, festivalda fərdi iştirakçılar üzrə ümumilikdə 21 min 559 nəfər qeydiyyatdan keçib. Onlardan 16 min 117-si birinci mərhələdə iştirak edib, 8 min 596-sı isə ikinci mərhələyə vəsiqə qazanıb.

Kollektiv iştirakçılar üzrə isə ümumi qeydiyyatdan keçən kollektivlərin sayı 294 təşkil edir. Onlardan 255 kollektiv seçimlərin birinci mərhələsində iştirak edib, 215 kollektiv isə (ümumilikdə 3 032 uşaq olmaqla) növbəti mərhələyə keçib.

İkinci mərhələ zamanı iştirakçılar üçün müxtəlif istiqamətləri əhatə edən yaradıcılıq fəaliyyətləri, ustad dərsləri, tematik tədbirlər və kiçik festivalların təşkili nəzərdə tutulur. Bu yanaşma uşaqların yalnız seçim prosesində deyil, eyni zamanda, inkişaf və ilhamverici mühitdə iştirakını təmin etməyə xidmət edir.

Qeyd edək ki, ikinci seçim mərhələsi 2025-ci ilin sentyabr ayının əvvəlinədək davam edəcək. Festival çərçivəsində keçirilən bütün mərhələlər uşaqların yaradıcı potensialının dəstəklənməsi və gələcəyin incəsənət nümayəndələrinin formalaşmasına mühüm töhfə verir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki