İyulun 31-dən avqustun 27-dək qlobal miqyasda 1.412.250 nəfər COVID-19-a yoluxub və yoluxmaların sayı əvvəlki 28 günlə müqayisədə 38% artıb.
TASS xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
Qeyd olunur ki, Şərqi Aralıq dənizində 113%, Qərbi Sakit okean regionunda 52%, Avropada isə 39% xəstələnmə qeydə alınıb.
ÜST-ün məlumatına görə, dörd həftə ərzində ən çox yoluxma Cənubi Koreya, İtaliya, Böyük Britaniya, Avstraliya və Sinqapurda qeydə alınıb.
Mənbə: TASS