2024-cü ilin yanvar ayında vəba xəstələrinin sayı 40 min nəfəri keçib.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) fevralın 12-də dərc olunmuş aylıq hesabatında deyilir.
Məlumata görə, bu ilin əvvəlində vəbanın davamlı şəkildə yayılması müşahidə olunub: təkcə yanvar ayında dörd regionda – Afrika, Şərqi Aralıq dənizi, Amerika və Cənub-Şərqi Asiyada 17 ölkədə 40,9 min yoluxma halı qeydə alınıb.
Həmçinin qeyd edilir ki, 2023-cü ildə dünyada vəbaya yoluxanların ümumi sayı 700 min nəfəri keçib.
Mənbə: Gazeta.ru