image-n1karobka_ads
image-123
image-66bcf24cae5ac970081e9735backend

ÜST meymun epidemiyasını fövqəladə vəziyyət elan etdi

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) meymun çiçəyini beynəlxalq fövqəladə vəziyyət elan edib.

Bu barədə Associated Press yazır.

Agentliyin məlumatına görə, 14 mindən çox xəstəliyə yoluxma qeydə alınıb, 524 nəfər ölüb.

“Afrikada və ondan kənarda (meymun çiçəyi. – RT ) daha da yayılma potensialı çox narahatedicidir”, – ÜST rəhbəri Tedros Adhanom Ghebreyesus brifinqdə deyib.

Dəqiqləşdirilir ki, meymun çiçəyi 13 ölkədə qeydə alınıb. Bundan əlavə, ÜST virusun yeni formasının yayılması barədə məlumat verib və epidemiyanın dayandırılması üçün beynəlxalq yardıma çağırıb.

Daha əvvəl ÜST-nin baş direktoru Tedros Adhanom Ghebreyesus bildirmişdi ki, poliomielit Qəzza zolağında peyvənd olunmamış minlərlə uşaq üçün təhlükə yaradır.

Mənbə RT rusca

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki