image-n1karobka_ads
image-123
image-20200623_zaa_s197_042-pic905-895x505-39105backend

Vaşinqton Fələstinin yeni baş nazirinin islahatlar aparacağını gözləyir

image-ad_qayo_720x110px

Vaşinqton Fələstin hökumətinin yeni başçısı Məhəmməd Mustafanın muxtariyyətdə islahatlar aparacağını gözləyir.

TASS xəbər verir ki, bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının mətbuat xidmətinin rəhbəri Adrienne Watson məlumat yayıb.

Uotsonun sözlərinə görə, Birləşmiş Ştatlar Mustafanın Fələstin Milli Administrasiyasının baş naziri təyin edilməsini alqışlayır və onu tez bir zamanda islahat yönümlü kabinet formalaşdırmağa çağırır. Vaşinqton Mustafanın hökumətindən “möhkəm və genişmiqyaslı islahatlar” həyata keçirəcəyini gözləyəcək.

Watson qeyd edib ki, həm İordan çayının qərb sahilində, həm də Qəzza zolağında sabitliyə əlverişli şərait yaratmaq üçün islah edilmiş Fələstin Muxtariyyətinə ehtiyac var.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki