Venesuelada ölkə prezidenti Nikolas Maduroya sui-qəsd təşkil etməkdə şübhəli bilinən iki vətəndaş saxlanılıb.
Teletica xəbər verir ki, bu barədə baş prokuror Tarek Uilyam Saab məlumat verib.
Bu işdə Milli Qvardiyanın keçmiş serjantı Renzo Flores və müxalifətin “Case R” təşkilatının üzvü Vilfer Xose Pina saxlanılıb.
Onlar WhatsApp statuslarında Maduroya qarşı təhdidlər yazmaqda ittiham olunurlar. Nəşrin məlumatına görə, həbs zamanı onların telefonlarında tankları ələ keçirmək və dövlət çevrilişi təşkil etmək üçün 50 əsgərin cəlb edilməsi ilə bağlı söhbətlər aşkarlanıb.
Venesuelada son bir il ərzində prezidentə qarşı beş sui-qəsd cəhdində şübhəli bilinən 40-a yaxın adam həbs edilib.
Mənbə: Lenta.ru