image-ads_n1karobka_mobile
image-nocomment_045ff6ad69bd121ff56bb64eb417a625_2l18u0hx7amp6teb4sov-640x336backend

Vəzifəyə görə vahid maaş olacaq – YENİ TƏLƏB

image-add-a-heading

“Əmək və Məşğulluq” altsistemində (ƏMAS) yeni funksionallıq istifadəyə verilib.

Bizim.Media xəbər verir ki, Yeniliyə əsasən, sistemdə ştat vahidi yaradılarkən vəzifə (tarif) maaşının mütləq qaydada daxil edilməsi nəzərdə tutulur.

Əmək Məcəlləsinin 3-cü maddəsinin 8-1-ci hissəsinə əsasən, ştat (ştat vahidi) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sistemində yaradılan və vəzifə (peşə) adını, həmçinin vəzifə (tarif) maaşını əks etdirən vahiddir.

Bu yenilik müəssisələrdə ştat vahidlərinin daha şəffaf və düzgün formalaşdırılmasına, həmçinin əmək münasibətlərinin elektron sistem üzərindən daha səmərəli idarə olunmasına imkan yaradır.

DOĞRU.AZ 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki