image-2000x150px
image-123
image-ads_atlas
image-https___hypebeast-com_wp-content_blogs-dir_6_files_2021_03_dyson-vacuum-cleaner-v15-detect-laser-sensor-dust-screen-release-1backend

Viruslara qarşı tozsoran yaradılıb – FOTO

image-728x90px

“Dyson” qapalı məkanları effektiv şəkildə təmizləyə və virus xəstəliklərinin qarşısını ala biləcək naqilsiz tozsoran təqdim edib.

Britaniya firmasının “Gen5detect” modeli dəqiqədə 135 min dövrəyə qədər sürətlə fırlana bilən yeni mühərrikə malikdir ki, bu da brendin cihazları üçün ən yüksək göstəricidir.

Şirkət həmçinin yeni cihazı virus hissəciklərini effektiv şəkildə tuta bilən ilk tozsoran adlandırıb.

Viruslarla mübarizə aparmaq üçün tələb olunan sistem təkcə güclü mühərrikdən deyil, həm də qapalı qaba yerləşdirilmiş xüsusi filtrindən ibarətdir. Mühəndislərin fikrincə, məhz onun sayəsində çirkli hava tozsorandan kənara çıxmır.

“Dyson” qeyd edib ki, yeni tozsoran 0,1 mikron qədər kiçik hissəcikləri içərisinə çəkə bilir ki, bu da təxminən bir COVID-19 hissəciyinin ölçüsünə bərabərdir. Şirkət dəqiqləşdirib ki, qurğu H1N1 donuz qripi virusu və MS2 bakteriofaqı üzərində sınaqdan keçirilib.

Cihazın toz qabının tutumu 0,77 litrdir.

Həmçinin, “Gen5detect”-in ön hissəsində təmizlənməmiş sahələri aşkar etmək üçün istifadə edilə bilən işıq var. Bundan əlavə, tozsoran tozun miqdarını təhlil edən və onun haqqında məlumatları displeydə göstərən sensora malikdir.

“Dyson” tozsoranın satışa buraxılma tarixi və onun dəyərini açıqlamayıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki