image-n1karobka_ads
image-123
image-66a87d16ae5ac959e3072690backend

Volotskov: Yüzlərlə etirazçı Argentinanın Karakasdakı səfirliyinə soxulub

image-ad_qayo_720x110px

Rusiya müşahidəçilərindən ibarət nümayəndə heyətinin üzvü, Dövlət Dumasının deputatı Aleksey Volotskov bildirib ki, yüzlərlə etirazçı bir qrup müxalifətçinin gizləndiyi Karakasdakı Argentina səfirliyinə keçməyə cəhd edib.

Bu barədə o, RİA Novosti-yə bildirib.

Onun sözlərinə görə, “yüzdən çox etirazçı” Argentina diplomatik missiyasının binasına soxulmağa cəhd edib.

“Çünki orada müxalifətçilər var ki, onlarla görüşmək istəyirdilər. Axın Argentina səfirliyinə doğru getdi” dedi.

Deputat eyni zamanda qeyd edib ki, vəziyyət artıq stabilləşib və hazırda nə qışqırıq, nə şüar, nə də çömçə və qazan döyülməsi eşidilmir.

Bundan əvvəl prezident seçkilərindən sonra Karakasın tarixi mərkəzində polislə etirazçılar arasında toqquşmaların başladığı barədə məlumat yayılmışdı.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki