image-n1karobka_ads
image-123
image-68b6338402e8bd537e248110backend

Vudi Allen: Tramp yeni filmimdə rol ala bilər

image-ad_qayo_720x110px

Amerikalı rejissor Vudi Allen ABŞ prezidenti Donald Trampı filmə çəkmək istədiyini açıqlayıb.

Doğru.az xəbər verir ki, rejissor bu barədə komediyaçı və teleaparıcı Bill Maherlə podkast zamanı danışıb. Onun sözlərinə görə, “əgər Tramp indi prezident olduğu üçün mənə rəhbərlik etməyə icazə versəydi, möcüzələr edə bilərdim”.

Allen həmçinin xatırladıb ki, 90-cı illərdə hazırkı Amerika lideri onun “Məşhur” filmində rol alıb. O zaman Tramp özü kimi çıxış edib.

Rejissor qeyd edib ki, “Tramp işləməkdən zövq alırdı, çox nəzakətli idi, hər şeyi düzgün yerinə yetirirdi və şou-biznes üçün əsl istedada sahib idi”.

Xatırladaq ki, bundan əvvəl britaniyalı aktrisa Emma Tompson 1998-ci ildə Trampın görüş təklifini rədd etdiyini açıqlamışdı.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki