image-2000x150px
image-123
image-ads_atlas
image-22backend

Vüqar Əli və Cəsar Məmmədov YUNESKO yanında Beynəlxalq Rəssamlıq Akademiyasının həqiqi üzvləri seçiliblər

image-728x90px

2008-ci ildə UNESCO yanında təsis edilən “Yeni Era” Beynəlxalq Rəssamlıq Akademiyasının baş iqamətgahı Xorvatiyanın Split şəhərində yerləşir. Hazırda 30 üzv-ölkələri olan Akademiyanın Türkiyə (İstambul), Çin (Xarbin), Rusiya (Çeboksarı), Azərbycanda (Bakı) filialları mövcuddur. Akademiya müxtəlif ölkələrin görkəmli incəsənət nümayindələrini birləşdirərək, mədəniyyətlərarası mübadiləni gücləndirir, korporativ layihələr, beynəlxalq sərgilərin təşkili, gənc rəssamlara dəstək, mədəni irsin və bədii ənənələrin qorunması, elmi tədqiqatlar təcrübəsini gərcəkləşdirir.

Avropa və Asiya bədii ənənələrinin inteqrasiyasına yönələn seçim meyarları üzvliyə namizədlərin fəaliyyətinin təhlili, regional komissiyasının hesabatı və Akademiyanın Prezidiumu tərəfindən bilavasitə tanışlıqdan sonra baş tutur.

Hazırda Beynəlxalq Akademiyasına müxtəlif ölkələrin görkəmli fırça ustaları daxildir.

5 may 2023-ci il tarixində Akademiyanın Bakı nümayindəliyində, Arif Aziz Art House sənət evində qurumun yeni seçilmiş üzvləri təqdim olunub. Mərasimdə ölkəmizin görkəmli elm və incəsənət xadimləri iştirak ediblər. Akademiya tərəfindən seçilənlərdən Avropanın Şərəf ordeni ilə təltif olunmuş istedadlı rəssam Cəsar Məmmədov və Azərbaycanın Əməkdar rəssamı, ADMİU-nun baş müəllimi Vüqar Əli olmuşlar. Təqdimatda “Yeni Era” Beynəlxalq Rəssamlıq Akademiyasının Prezidenti Anatoliy Silov iştirak etmiş və bildirmişdir ki, YUNESKO yanında Beynəlxalq Dünya Akademiyası Cəsar Məmmədovu və Vüqar Əlini Akademiyanın həqiqi üzvü adına layiq bilmişdir.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki