“WhatsApp” qrup çatlarının iştirakçıları üçün maraqlı bir yeniliklə gəlir. Yeni funksiya vacib müzakirələri buraxan insanlara kömək edəcək.
Bu barədə “WaBetaInfo” portalı xəbər yayıb.
Bildirilib ki, söhbət “İctimai qruplar üçün xatırlatmalar” adlanan və haradasa zəngli saatı xatırladan yeni funksiyadan gedir.
Yenilik administratorlara qrup üzvləri üçün gələcək hadisələr haqqında avtomatik bildirişlər yaratmağa imkan verir. Məsələn, tələbə çatında müəllim gələcək imtahan haqqında xatırlatma qura bilər ki, bütün tələbələr bunu əvvəlcədən görsünlər.
“Beta” versiyada görünən yenilik çat iştirakçılarını hadisədən 30 dəqiqə, iki saat və ya bir gün əvvəl xəbərdar etməyə imkan verir.
Bununla bağlı yayılan skrinşotda coğrafi məkan ikonası da görünür ki, bu da ehtimal ki, hadisənin ünvanını xatırlatmaya əlavə etmək imkanını göstərir.
Yeni funksiyanın mesencerin növbəti sabit versiyalarından birində əlçatan olacağı gözlənilir.
DOĞRU.AZ