image-n1karobka_ads
image-123
image-e7c43de0-ceb9-4667-b92b-d01355932fbabackend

Xalq artisti Röya Ayxan 14 Fevral Sevgililər Günündə sürpriz edib – FOTO/VİDEO

image-ad_qayo_720x110px

Sevgi nəğmələrinin təkrarolunmaz ifaçısı, Azərbaycanın Xalq artisti Röya Ayxan 14 Fevral – “Sevgililər Günü” ndə sevib-sevilənlərə yeni sürpriz edib.

Doğru.az bildirir ki, bu il səhnə fəaliyyətinin 25 illiyini qeyd edən, pop – kraliçanın “Elə bilmə” adlı yeni mahnısı və klipi məhz “Sevgililər Günü” sevənlərinin ixtiyarına verilib.

Hər kəlməsi sevənlərin ürəyini riqqətə gətirən mahnının sözləri Orxan Mürvətliyə, musiqisi Tərlan Məmmədhüseynova məxsusdur.

Estrada ulduzunun ekran işini bu dəfə qardaşı İsmail Zade ərsəyə gətirib. Klipin üzərində Türkiyədən olan peşəkar komanda çalışıb. Bütün geyimlər və aksessuarlar xüsusi olaraq hazırlanıb.

Yeni mahnı və klip Röya Ayxanın yutub və bütün rəqəmsal platformalarında yerləşdirilib.

DOĞRU.AZ

image-90c295a7-b7c9-4dc1-9d55-ea77b2f29c21 image-6767d3a7-db43-4728-ae93-10ad2c2add9e image-e7c43de0-ceb9-4667-b92b-d01355932fba image-ec4b4f9d-cda2-4eac-84f2-8c7043f61837

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki