image-n1karobka_ads
image-123
image-screenshot_20250903_102050_gallerybackend

Xalq artisti Yaşar Nuri – 74 il sonra da xalqın qəlbində

image-ad_qayo_720x110px

Bu gün xalq artisti, sevimli aktyor Yaşar Nurinin anadan olmasının 74-cü ildönümüdür.

Doğru.az xəbər verir ki, 1951-ci il sentyabrın 3-də Bakıda dünyaya gələn Yaşar Nuri lirik, komik, psixoloji və dramatik rolların mahir ifaçısı olub. Atası Məmmədsadıq Nuriyev kimi o da kino və teatr sahəsində iz qoyub. “Yeddi oğul istərəm”, “Ulduz”, “Uşaqlığın son gecəsi”, “Sehrli xalat” kimi filmlərdəki rolları ilə tanınan sənətkar həm də televiziyada “Yelkən”, “Buratino”, “Qaranquş”, “Pioner” verilişlərində iştirak edib.

Doğru.az bildirir ki, teatr səhnəsində “Övlad”, “Bağlardan gələn səs”, “Ölülər”, “Od gəlini”, “Büllur sarayda”, “Sevil”, “Qanlı Nigar” kimi əsərlərdə obrazları ilə yadda qalan Yaşar Nuri televiziya tamaşalarında da “Yollar görüşəndə”, “Ömrün yolları”, “Qatarda”, “Evləri köndələn yar”, “Göz həkimi” kimi verilişlərdə baş rolları uğurla ifa edib.

Kino sahəsində isə Doğru.az-ın məlumatına görə “Dörd bazar günü”, “Bəyin oğurlanması”, “Yaramaz”, “Yuxu”, “Hər şey yaxşılığa doğru”, “Lətifə” və digər filmlərdəki obrazları ilə tamaşaçıların qəlbində əbədi yaşayıb.

Uzun sürən xəstəlikdən sonra 2012-ci il noyabrın 22-də dünyasını dəyişən Xalq artisti Yaşar Nuri yaratdığı unudulmaz rollarla həmişə xalqımızın ürəyində yaşayacaq. Onun səhnədəki improvizə qabiliyyəti, obrazlara özünəməxsus yanaşması və məşhur ifadələri “Sənə əjdaha lazımdır?”, “Hə, nolsun”, “Ay moment” bu gün də dilimizdə işlədilir.

Yaşar Nuri yaradıcılığı ilə göstərdi ki, həqiqi sənətkar ömrünün uzunluğundan asılı olmayaraq, insanların xatirəsində əbədi yaşaya bilər.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki