Cari ilin yanvar-noyabr aylarında Xəzər Tibb Mərkəzində 2 min 713 cərrahi əməliyyat həyata keçirilib.
Doğru.az xəbər verir ki, bu barədə mərkəzə təşkil olunan mediatur zamanı Xəzər Tibb Mərkəzinin direktoru Mübariz Ağayev məlumat verib.
Onun sözlərinə görə, ötən 11 ay ərzində xəstəxanaya 230 min 724 nəfər müraciət edib və pasiyentlərə ümumilikdə 780 min 134 tibbi xidmət göstərilib.
Mübariz Ağayev bildirib ki, hazırda Xəzər Tibb Mərkəzində 485 əməkdaş çalışır, onlardan 91-i həkimdir. Mərkəzin çarpayı fondu 140 yer təşkil edir.
Direktorun sözlərinə görə, mühüm yeniliklərdən biri son iki ayda bronskopiya xidmətinin qurulmasıdır. Yaxın müddətdə çarpayı fondunun artırılması da nəzərdə tutulur.
DOĞRU.AZ




























