image-2000x150px
image-123
image-ads_atlas
image-adf0b7db-d8eb-36d4-990e-612dae7621a9_850backend

Xilasedicilərimiz Kahramanmaraşda dağıntılar altından bir nəfəri sağ çıxarıblar – YENİLƏNİB + FOTO/VİDEO

image-728x90px

Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasetmə qüvvələri Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatlarını davam etdirirlər.

Azərbaycanın xilasediciləri yaralı şəxsi dağıntılar altından çıxarıblar.

Axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

12:23

Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasetmə qüvvələri Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatlarını davam etdirirlər.

Azərbaycanın xilasediciləri səhər saatlarından başlayaraq təbii fəlakətin qeydə alındığı yerdə axtarış işləri aparırlar.

Hazırda FHN əməkdaşları zəlzələ zamanı şəhərin Hayrullah məhləsi, Azərbaycan bulvarı küçəsi, “Gökan apartmanı” adlı səkkizmərtəbəli binanın dağıntıları altında qalmış şəxslərin sağ çıxarılması və nəticələrin aradan qaldırılması istiqamətində səylər göstərirlər.

Əraziyə dağıntılar altında qalmış şəxslərin yaxınları da gəliblər. Onlar yaxınlarının hansı evdə, hansı otaqda qaldıqlarını göstərirlər.

FHN əməkdaşları Azərbaycan bulvarı küçəsi, “Gökan apartmanı”nda dağıntılar altında qalmış şəxsin meyitini aşkarlayıblar.

İlkin məlumata görə, Azərbaycanın xilasediciləri Kahramanmaraşda dağıntılar altında qalmış ümumilikdə altı şəxsin meyitlərini çıxararaq aidiyyəti üzrə təhvil verib.

11:57

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədədir.

Bu barədə FHN məlumat yayıb.

Məlumata görə, artıq FHN-in xilasediciləri qardaş ölkədə zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində fəsadların aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına başlayıblar. Həyata keçirilmiş ilkin əməliyyatlar nəticəsində 1 nəfərin cəsədi dağıntılar altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək.

 

10:29

Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) bir qrup əməkdaşı Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatlarına cəlb edilib.

“Report” xəbər verir ki, səhər saatlarında Kahramanmaraşa çatan Azərbaycan FHN-in əməkdaşları dağıntılar altından insanların xilas edilməsi istiqamətində fəaliyyətə başlayıblar.

Hazırda axtarış-xilasetmə əməliyyatları aparılır.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə FHN-in 420 nəfər şəxsi heyəti qardaş ölkəyə göndərilib.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki