image-n1karobka_ads
image-699086d6ae5ac9580c5a0aaebackend

Xizəkçi Olimpiadada tarix yazdı

İtaliyada keçirilən Qış Olimpiya Oyunlarında nəhəng slalom yarışında qalib müəyyənləşib.

Doğru.az xəbər verir ki, braziliyalı dağ xizəyi idmançısı Lukas Pinheiro Braathen qızıl medal qazanıb.

Onun nəticəsi 2:25.0 olub. İsveçrəli Marco Odermatt qalibdən 0,58 saniyə geri qalaraq ikinci yeri tutub. Digər İsveçrə təmsilçisi Loïc Meillard isə +1,17 saniyə fərqlə üçüncü olub.

Beləliklə, Braathen Qış Olimpiya Oyunlarında qızıl medal qazanan ilk Cənubi Amerika ölkəsi təmsilçisi kimi tarixə düşüb.

Bundan əvvəl Finlandiya komandası Johannes Høsflot Klæbonun qalib gəldiyi Olimpiya sprint yarışının nəticələrinə rəsmi etiraz etmişdi.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki