image-2000x150px
image-e9b1821af2711e926a5fcfa88fd1cad3backend

Xorvatiyada sərnişin və yük qatarları toqquşub, ölənlər var

image-728x90px

Xorvatiyada sərnişin və yük qatarının toqquşması nəticəsində azı 6 nəfər ölüb.

AZƏRTAC ölkənin mülki müdafiə idarəsinə istinadla məlumat yayıb.

Qəza Novsk şəhəri yaxınlığında baş verib. Sərnişin qatarı Vinkovtsy-Novsk marşrutu ilə hərəkət edib. İlkin məlumatlara görə, qatarların toqquşmasına səbəb sərnişin qatarının qadağan siqnalına keçməsi ola bilər. Ehtimal olunur ki, sürücü gözlənilməz vəziyyətdə vaxtında qərar qəbul edə bilməyib. Hadisə yerində fövqəladə hallar xidmətinin əməkdaşlarının çalışır. Avtomobillərin bəziləri zərbədən deformasiyaya uğrayıb.

Xorvatiyanın baş naziri Andrey Plenkoviçin bir neçə nazirlə qəza yerinə getdiyi qeyd edilir. İlkin məlumata görə, sərnişin qatarının maşinisti və konduktoru da daxil olmaqla 6 nəfər həlak olub. Qurbanların sayı dəqiqləşdirilir. Qatarların toqquşmasına səbəb olan hallar müəyyənləşdirilir.

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki