image-2000x150px
image-123
image-ads_atlas
image-ap22231862223220-pic_32ratio_1200x800-1200x800-48929backend

Yaponiyada donuzlardan insanlara mədəaltı vəzi hüceyrələrinin köçürülməsi əməliyyatı həyata keçiriləcək

image-728x90px

Yaponiya Milli Beynəlxalq Tibb Mərkəzinin mütəxəssislərinin rəhbərlik etdiyi tədqiqatçılar qrupu gələn il Yaponiyada Langerhans adacıqları kimi tanınan hormon istehsal edən endokrin pankreas hüceyrələrinin donuzlardan insanlara köçürülməsi üçün əməliyyat keçirməyi planlaşdırır.

Bu barədə “Yomiuri” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, qanda şəkərin səviyyəsinin tənzimlənməsinə cavabdeh olan bu hüceyrələr 1-ci tip şəkərli diabet xəstəsinə köçürüləcək. Alimlər ümid edirlər ki, bu, xəstənin insulin inyeksiyasına ehtiyacını əhəmiyyətli dərəcədə azaltmağa kömək edəcək.

Transplantasiya edilmiş Langerhans adacıqlarının rədd edilməsinin qarşısını almaq üçün onlar şəkər səviyyəsi yüksəldikdə insulinin insan qanına daxil olacağı kiçik deşikləri olan 0,5-1 mm diametrli xüsusi kapsullara yerləşdiriləcək.

Mənbə: Haberler.com

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki