Yaponiya Yanğın və Fəlakətlərin İdarə Olunması Agentliyinin ilkin məlumatlarına görə, Yaponiyada keçən həftə istilik vurması ilə xəstəxanalara müraciət edən xəstələrin sayı əvvəlki həftə ilə müqayisədə dörd dəfə artıb.
Bu barədə The Japan Times məlumat yayıb.
Bu müddət ərzində ölkə üzrə 9105 nəfər isti vurma şübhəsi ilə təcili tibbi yardıma müraciət edib ki, bu da keçən ilin eyni dövründəki rəqəmdən iki dəfə çoxdur.
Qeyd olunur ki, bir sıra şəhərlərdə havanın temperaturu 40 °C-ə çatıb.
Mənbə Rusca