image-n1karobka_ads
image-123
image-1758988404_1backend

Yasamal yanğınında zəhərlənənlərin müalicəsi davam edir

image-ad_qayo_720x110px

Ötən gün Yasamal rayonu, M.Seyidov küçəsində yerləşən yaşayış binasında baş verən yanğın nəticəsində tüstüdən zəhərlənərək Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 27 nəfərdən 20-nə (13 kişi, 7 qadın) zəruri tibbi xidmət göstərilib.

Doğru.az xəbər verir ki, məlumatı Kliniki Tibbi Mərkəz təqdim edib.

Bildirilir ki, vəziyyəti qənaətbəxş olan şəxslər ambulator müalicə üçün evə buraxılıblar. Hazırda 7 nəfərin (5 qadın, 2 kişi) müalicəsi Toksikologiya şöbəsində davam etdirilir. Onlardan 6 nəfərin vəziyyəti orta ağır, bir azyaşlının isə vəziyyəti ağır qiymətləndirilir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki