image-2000x150px
image-123
image-ads_atlas
image-b302ae34-7414-364c-9be7-234c99247a41_850-1backend

Yaxın günlərdə Sankt-Peterburqdan Bakıya əlavə təyyarə reysi açılacaq

image-728x90px

Rusiyanın “Utair” aviaşirkəti yüksək tələbatla əlaqədar sentyabrın 7-dən etibarən Sankt-Peterburqdan Bakıya əlavə reys açacaq.

TASS-a istinadən xəbər verir ki, bu barədə hava limanının idarəedici şirkətinin mətbuat xidməti məlumat yayıb.

“Utair” aviaşirkəti Pulkovo hava limanından Bakıya uçuşların sayını həftədə 3-dən 4-ə çatdıracaq. Sentyabrın 7-dən daşıyıcı əlavə reys açacaq: indi aviaşirkət reysləri bazar ertəsi, çərşənbə, cümə axşamı və cümə günləri həyata keçirəcək. Bakı yayın əvvəlindən Sankt-Peterburqdan ən populyar beynəlxalq istiqamətlər arasında “Top-10”a daxildir”, – mətbuat xidmətindən bildirilib.

Yeni reysin tətbiqi ilə Sankt-Peterburqdan Bakıya aviareyslərin ümumi sayı həftədə altı dəfədən yeddi dəfəyə yüksələcək.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki