image-2000x150px
image-123
image-ads_atlas
image-sui-qsdbackend

 Yəhudilərə qarşı sui-qəsd törətmək istəyənlər AŞKAR EDİLDİ

image-728x90px

İsrail iyun ayında Türkiyədəki vətəndaşlarının hücuma məruz qala biləcəyini açıqlamış və Türkiyəyə səyahət edilməməsi barəsində xəbərdarlıq etmişdi. Bundan sonra MİT Türkiyədə İsrail vətəndaşlarına və diplomatlarına hücum cəhdinin qarşısının alındığını bəyan etdi. İran mətbuatı ilk dəfə həmin hücumların arxasında kimin və hansı şəbəkənin olduğunu qeyd edib.

Qərargahı Londonda yerləşən “Asharq Al-Awsat” və “İran İnternational” telekanalları Yaxın Şərq və Ərəbistanla bağlı xəbərlərində bildirib ki, əvvəllər “Hələb qəssabı” kodu altında Suriyada xidmət etmiş İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) komandiri Türkiyədəki İsrail vətəndaşlarını hədəfə alıb. O, sahə əməliyyatlarına cavabdeh olduğunu iddia edib.

Xəbər kanalına danışan İnqilab Keşikçiləri Ordusunun keçmiş rəsmisi bildirib ki, ötən ilin noyabrında “Suriya suverenliyini kütləvi şəkildə pozduğuna” görə bu ölkədən qovulduğu bildirilən İnqilab Keşikçiləri Qvardiyasının Qüds Qüvvələrinin komandanı general Cevad Qaffari Türkiyədə son 9 ayda İsrailliləri öldürmək üçün plan hazırlayıb

Qeyd edək ki, Qaffari 2011-ci ildən, İran Suriyadakı vətəndaş müharibəsinə genişmiqyaslı müdaxiləyə başlayandan bəri Suriyadakı İran qüvvələrinin əsas komandirlərindən biri kimi göstərilir.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki