Bugün “Sərgi Baku” və Aynur Sakitqızının rəhbərliyi ilə “yeni ilə yeni addımlarla” adlı sərgi kecirilib. Narjih qallereyada kecirilən sərgidə 5-15 yaş aralığında istedadlı uşaqların əsərləri sərgilənib və iştirakçılar Avropa təbii elmlər akademiyasının Azərbaycan nümayəndəliyinin sertifikatı ilə təltif edilib.
Sərginin açılış mərasimini Avropa təbii elmlər Akademiyasının irs bölməsinin direktoru, professor Solmaz Amanova, rəssam Aynur Sakitqızı və sərgi Bakunun rəhbəri Gülüstan Qayıbova edib. Sərgide Kamilla Motorina, Renat Şərifli, Hüseyn Hüseynli, Banu Cabbarova, Məryam Aslanova, Fatimə Həmidova, Jalə Hacılı, Nur Quluzadə, Adilə Mirzəzadə, Banu Qayıblı, Mələk Qayıblı, Sibel Məmmədova, Selin Məmmədova, Meray Məmmədova, Nailə Həsənova iştirak edib.
DOĞRU.AZ