Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası Yer kürəsində G1 səviyyəli maqnit qasırğasının baş verdiyini açıqlayıb.
Doğru.az xəbər verir ki, laboratoriyanın “Telegram” hesabında yayımlanan məlumatda geomaqnit vəziyyətinin pisləşdiyi bildirilib. Mütəxəssislərin sözlərinə görə, zəif maqnit qasırğası gecə saat 02:00 radələrində qeydə alınıb.
Alimlər gün ərzində maqnit aktivliyinin artaraq G2 kateqoriyasına yüksəlməsi ehtimalını da istisna etmirlər. Qeyd olunur ki, bu geomaqnit pozğunluğunun pik nöqtəsi məhz bu gün – iyulun 23-də baş verəcək.
Bununla yanaşı, Rusiya Səhiyyə Nazirliyinin Almazov adına Milli Tibbi Tədqiqat Mərkəzinin kardioloqu, tibb elmləri namizədi Nataliya Qavrilyuk bildirib ki, maqnit qasırğalarının damar fəlakətləri ilə birbaşa əlaqəsini sübut edən inandırıcı elmi sübutlar hələ də mövcud deyil.
DOĞRU.AZ