image-2000x150px
image-123
image-ads_atlas
image-71-pic_32ratio_900x600-900x600-84313backend

“Yuventus”un keçmiş futbolçusu Ronaldonun nəyə fanatik olduğunu açıqlayıb

image-728x90px

“Football Italia” xəbər verir ki, Turin “Yuventus”unun sabiq futbolçusu Corcio Kyellini keçmiş komanda yoldaşı Kriştiano Ronaldonun bədəninə fanatik münasibət bəslədiyini deyib.

“O, bədəninə və hazırlığına hörmətlə yanaşır, demək olar ki, obsesifdir. O, qol vurub qalib gəlmək istəyir. Onun çətin matçlardakı xarakteri məni heyran etdi”, – Kyellini bildirib.

2 yanvar 2023-cü ildə Ronaldo ildə 200 milyon avro aldığı müqaviləyə əsasən Səudiyyə Ərəbistanından “Əl-Nasr”ın oyunçusu oldu. Portuqaliyalı və ailəsi üçün əlavə bonuslar da bildirildi.

Bu mövsüm yarımmüdafiəçi Səudiyyə Ərəbistanı çempionatında 26 oyun keçirib, 29 qol vurub və 10 məhsuldar ötürmə edib. Ronaldo Asiya Çempionlar Liqasında da 8 oyunda iştirak edib. 39 yaşlı yarımmüdafiəçi 6 qol vurub və bir məhsuldar ötürmə edib.

Mənbə: NTV Spor

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki